Turtle Wax Hybrid Solutions Keramika Mum Örtüyü avtomobilinizə uzun-müddətli keramik qoruyucu təmin etməyin ən son yoludur. Məhsul çox sadə şəkildə avtomobilinizin səthinə yayılır və asanlıqla silinir. Yüksək səviyyəli parıltı və qorunma bəxş etməklə yanaşı, bənzəri olmayan hidrofobluq yaradır və ən azı 6 ay davam edən keramik qorunma təmin edir. Avtomobilinizin qulluq cədvəlində bu örtük arabir yer alsa belə, avtomobilinizin ilk günki görünüşünü saxlamağa və daha uzun müddət təmizliyini qorumağa kömək edəcək.

Avtomobilə qulluq heç vaxt bundan asan olmamışdı!

- Avtomobili uzun müddət təmiz saxlayır. 12 ayadək davam edən super hidrofob effekt və #SiO2 polimerləri suyu və kimyəvi elementləri səthdən uzaqlaşdırır. Avtomobilin yuyulması və qurudulması beləliklə qat-qat asanlaşır.

- Asanlıqla tətbiq olunur və asanlıqla silinir. Hər panelə 1-2 püskürtmə bəs edir. Birbaşa günəş şüalarının altında istifadə oluna bilər.

- Parıltı. Güzgü kimi cilalı parlaqlıq verir. Avtomobilin rəngini və finişini daha dolğun edir.

- Ətir. Hybrid Solutions kolleksiyası çox xoş şirin meyvə ətri ilə zənginləşdirilib.

Məsləhətlər

Yüksək nəticə üçün avtomobilin boyası oksidləşmə və kirlərdən azad olmalıdır. Ehtiyac varsa, ilk addımda səthi gil ilə silin və ya cilalayın. 12 aylıq qorunma üçün örtüyü iki təbəqə ilə tətbiq edin. Məhsuldan qalan çıxıntıları və zolaqları silmək üçün nəm mikrofibradan istifadə edin. Təkərlər, bayır şüşələr və plastik üzərində istifadə oluna bilər. Açılıb-bağlanan damlarda istifadə etməyin. Məhsul bir neçə təbəqə ilə tətbiq oluna bilər. Mövcud örtüyün üzərinə tətbiq oluna bilər. İstifadədən sonra avtomobili yumaq üçün və ya əlavə örtük tətbiq etmək üçün 24 saat gözləyin. Parıltını və qorunmanı saxlamaq üçün Hybrid Solutions Ceramic 3-in-1 Detailer və Hybrid Solutions Ceramic Wash & Wax məhsullarından istifadə edin.

    İstifadə qaydası:

  • 1. Avtomobili yuyun və qurudun
  • 2. Qabı yaxşıca çalxalayın.
  • 3. Optimal nəticə üçün məhsulu lazım olduğundan artıq tətbiq etməyin. Hər panelə iki dəfə püskürtün.
  • 4. Təmiz və qatlanmış mikrofibra dəsmal ilə məhsulu səthə yayın.
  • 5. Başqa bir mikrofibra dəsmalı ilə məhsulu səthdən silin. Ehtiyac olduqca dəsmalı qatlayın.
Ceramic Spray Coating
HS Coating
AZN 40.00
500 ml
Sifariş