Avtomobilinizin hər zaman parıltılı olmağını, UV şüalardan və kəskin hava şəraitindən qorunmasını istəyirsiniz? Bunu təmin etməyin yollarından biri avtomobilinizi mumla örtməkdir.
Turtle Wax Color Magic avtomobilin lak örtüklü rəngini zənginləşdirmək üçün tərtib edilmiş və təmizləmə, parıldatma və hər rəngin yaxşılaşdırılması üçün nəzərdə tutulmuş məhsul xəttidir.
Hər istifadədən sonra rəngi və parlaqlığı gücləndirən #ColorMagic 25 ildir bu sahədə ən mükəmməl məhsullardan biridir. Tərkibindəki unikal piqmentlər sayəsində Color Magic köhnə avtomobillərin lak örtüyünü tez və asanlıqla cavanlaşdırır, yeni avtomobillərin isə xırda cızıqlarını aradan qaldıraraq parlaqlığını gücləndirir.
Color Magic ™ -nin müntəzəm istifadəsi, avtomobilinizin boyasını orijinal vəziyyətdə saxlayır və ətraf mühitin zərərli təsirlərindən və günəşin zərərli UV şüalarından qoruyur.
İstifadə qaydası:
1. Avtomobili qabaqcadan yuyun və qurudun.
2. İstifadə etməzdən əvvəl çalxalayın.
3. Tətbiq etməzdən əvvəl rəng uyğunluğunu yoxlamaq üçün gözə çarpmayan bir yerdə məhsulu test edin.
4. Təmiz, tiftiksiz bir dəsmal ilə dairəvi hərəkətlə panelləri bir-bir silin.
5. Quruyub mat hala gəldikdə yumşaq, təmiz və tiftiksiz dəsmal ilə sürtərək parıldadın.
Günəş işığı altında və ya avtomobilin səthi isti olduqda məhsulu istifadə etməyin. İsti hava şəraitində nəm dəsmal istifadə edin. Color Magic ™ plastik və rezin səthləri ləkələyə bilər. Plastik və rezin səthlərdən məhsulun izini təmizləmək üçün dərhal yumşaq bir yuyucu maddə ilə təmizləyin. Oksidlənmiş boya ilə rənglənmiş köhnə avtomobillərdə parıltı əldə etmək üçün əlavə olaraq Turtle Wax cilalama məhsulundan istifadə edin.