Flex Wax bizim gəlmiş-keçmiş ən universal spreyimizdir. Quru və ya nəm səthə tətbiq edərək cilalayın və silin, və yaxud daha uzun müddətli nəticə üçün su ilə yuyun. Bu zaman ultra-bənövşəyi şüalara qarşı qorunma, kimyəvi maddələrə qarşı dayanıqlılıq, suyu itələmə və ləkələrin qarşısını alma xüsusiyyətləri əldə etmiş olursunuz.

Təkərlər, bayır şüşələri, rezin və plastik üzərində istifadə oluna bilər. Professional təmizlənmə və cilalanma sonrası qoruyucu örtüyün və ya mumun üzərindən tətbiq edilərsə onun effektivliyini artırar. Mikrofibra dəsmallarının üzərində qalarkən bərkimir.

Istifadə qaydası

1. Əsas örtük:

Uzunmüddətli nəticə üçün quru panelin üzərinə spreyi iki dəfə püskürdün. Quru mikrofibranı qatlayın və məhsulu bərabər şəkildə səthin üzərinə yayın. Başqa bir mikrofibra ilə üzərindən silin. Örtüyün bərkiməsi üçün 24 saat ərzində avtomobili yumayın. Boyanın qulluğa hazırlığı, iqlim şərtləri və mütəmadi qulluq, nəticələrin uzun müddətliliyinə təsir edir.

2. Mütəmadi qulluq:

Avtomobilinizi yuyub yaxaladıqdan sonra nəm panelin üzərinə spreyi iki dəfə püskürdün. Məhsulu tətbiq etdiyiniz bütün səthləri dəsmal ilə qurulayın. Və yaxud, tavandan başlayaraq yüksək təzyiqli su ilə məhsulu yayaraq yuyun, daha sonra su qalıqlarını dəsmal ilə silin. Səthdə qalan izləri silmək üçün nəm mikrofibra dəsmalından istifadə edin.

Graphene Infused Flex Wax Flex Wax
AZN 45.00
680 ml
Sifariş