Salonunuzdaki dəri səthlər parıldayırsa, deməli təmizlik vaxtıdır. Yağ və kir dəriyə hopduqda parıltılı görünüşə səbəb olur.

Bundan əlavə, gün işığı düşən hissələr quruyaraq çatlamağa başlayırlar. Bu isə o deməkdir ki, salonunuzun qidalandırıcı və yumşaldıcıya ehtiyacı var.

Turtle Wax Luxe Leather Cleaner and Condtioner dəri, vinil və rezin tipli səthləri bir addımda təmizləmək, qidalandırmaq və qorumaq üçün vasitədir.

Hopucu formulası səthə bərabər şəkildə yayılır və tərkibindəki yumşaldıcı inqredientlər günəşin şüalarına məruz qalmış dərinin yumşaqlığını və hamar toxunuşunu bərpa edir. Kakao yağı, Vitamin E və Aloe Vera dərini qidalandıraraq və yumşaldaraq gələcək çatların qarşısını alır.

Turtle Wax Luxe Leather Cleaner and Condtioner neytral pH formulası sayəsində təbii dəri görünüşünü saxlamaq üçün davamlı olaraq istifadə oluna bilər.

Asan tətbiq olunan formula hamar, ipəksayağı və təbii toxunuş bəxş edir. Qətiyyən yapışqan iz buraxmır.

İstifadə qaydası:

1. Məhsulu yaxşıca çalxalayın.

2. İstifadədən əvvəl mütləq gözə çarpmayan bir yerdə məhsulu test edin. Bəzi səthlərin boyası dayanıqlı olmaya bilər.

3. Təmiz və yumşaq dəsmalın üzərinə məhsuldan tökün və dairəvi hərəkətlərlə məhsulu səthə tətbiq edin. 1-2 dəqiqə gözləyin.

4. Sonda təmiz dəsmal ilə yüngülcə sürtün.

Məsləhət: Yalnız emal olunmuş dəri səthlər üçündür. Zamşa, nubuk və ya alkantara üzərində istifadə etməyin. Çox kirlənmiş səthləri əvvəlcə nəm dəsmal ilə silin.

Luxe Leather Cleaner and Condtioner
Luxe Leather
AZN 20.00
18.00
500 ml
Sifariş