Əfsanəvi avtomobil mumu, hər şey ondan başladı! 1946-cı ildə Çikaqoda icad edilən bu mum dünyanın ən çox satılan avtomobil mumuna çevrildi.

Üzərindən 3 nəsil keçsə də, Turtle Wax orijinal ideyaya əsaslanan və istifadəsi asan olan maye mum məhsulu Hard Sell Finish-i təklif etməyə davam edir. Yeni və köhnəlmiş bütün boyalar üçün etibarlıdır.

Mumların və təmizləyicilərin bənzərsiz qarışığı dərindən hopmuş çirkləri və kirləri təmizləyir. Kənar elementlərə qarşı uzunmüddətli qorunma təmin edərək avtomobilinizin görünüşünü yaxşılaşdırır.

Məsləhət: Boyanın üzərində dairəvi izlər və ya cızıqlar varsa, ilk olaraq Turtle Wax Rubbing compound məhsulundan istifadə edin.

    İstifadə qaydası:

  • 1. Boyanın təmiz və quru olduğundan əmin olun, qabı yaxşıca çalxalayın.
  • 2. Hər dəfə bir paneldə işləyərək, təmiz bir parça üzərinə məhsuldan tökün və dairəvi hərəkətlərlə səthin üzərinə tətbiq edin.
  • 3. Quruyub mat hala gələnə qədər gözləyin, sonra təmiz yumşaq bir dəsmal istifadə edərək silin.
  • 4. Parlaqlıq üçün yüngülcə sürtün.

Birbaşa günəş şüaları altında və ya isti boya işlərində məhsulun istifadəsi çətinləşəcəkdir. Zədələnmiş lak örtüyü üzərində istifadə etməyin. Şüşə və plastik səth ilə təmas etdirməyin.

Original Car Wax
Original Car Wax
AZN 20.00
500 ml
Sifariş

Original Car Wax