Turtle Wax Hybrid Solutions Ceramic Polish & Wax - sözün əsl mənasında "hamısı bir arada" formuladır. Avtomobilinizə aydınlıq, parlaqlıq və qorunma təmin etməklə yanaşı SiO2 polimerləri vasitəsi ilə hidrofob qoruyucu örtük yaradır.

XÜSUSİ FORMULA : Avtomobilin lak örtüyünün düzəlişi, cilalama, mum və qorunma - hamısı bir asan addımda. Yüksək dəqiqliyə malik cilalayıcı maddələrin köməkliyi ilə səthdəki dairəvi izləri, cızıqları və oksidləşməni aradan qaldırır.

SİNTETİK MUM POLİMERLƏRİ: Su ilə aktivləşən formula avtomobilin rənginə dərinlik qazandırır və güzgü kimi parlaqlıq və şəffaflıq verir.

SUPER KONSENTRASİYALI FORMULA: Məhsulu nazik təbəqə ilə tətbiq edərək optimal nəticə əldə edəcəksiniz. Beləliklə məhsulu uzun müddət istifadə edə bilərsiniz.

XÜSUSİ AROMA: Hybrid Solutions məhsullarının hamısının xoş və şirin meyvə ətri var.

İstifadə qaydası:

Manual cilalama zamanı istifadə qaydası: Porolon aplikatorun üzərinə məhluldan 3 damcı tökün. Sahəsi 60x60 cm olan səth üzərinə tətbiq edin və dairəvi hərəkətlərlə yayın. Qalıqları mikrofibra ilə silin. Üzərindən nəm dəsmal ilə keçərək parıldadıcı polimerləri aktivləşdirin.

Cilalayıcı aparat ilə istifadə qaydası: Cilalayıcı porolon yastıqcanın üzərinə bərabər şəkildə 4 damcı məhlul tökün. Aşağı sürətlə 60x60 cm ölçüsündə sahəyə yayın. Sonra müvafiq sürət seçərək və orta basınç tətbiq edərək aparatı aşağı-yuxarı və sağa-sola hərəkət etdirin. Qalıqları mikrofibra ilə silin. Parıldadıcı polimerləri aktivləşdirmək üçün nəm mikrofibra ilə silin və yaxud səthin üzərinə yüngülcə su axıdın. Daha sonra mikrofibra ilə qurulayın.

Ceramic Polish & Wax
HS Polish
AZN 35.00
500 ml
Sifariş