Təkərlərinizə zil qara rəngi Turtle Wax Wet'N'Black spreyi ilə qaytara bilərsiniz.

Bu sadə lakin çox güclü bərpa edici məhlul köhnəlmiş və rəngi getmiş təkərlərin qara piqmentini yeniləyir və üzərinə hamar qoruyucu qat əlavə edərək uzun müddətli nəticəni təmin edir. Super konsentrat parıldadıcı formulası ilə asanlıqla fısqırdılan bu sprey təkərlərinizə ultra-nəm, zil qara və parlaq görünüş bəxş edəcək.

Avtomobilinizi yuyun, spreyi üzərinə tətbiq edin və silin. Bu məhsul qurulama prosesini tezləşdirir və su ləkələrinin əmələ gəlməsini önləyir. Nəticə aylarla davam edir.

    İstifadə qaydası:

  • 1. Təkərlərinizi yuyun və qurudun. Ehtiyac olarsa təkərin üzərindəki yağ ləkələrini, tormozdan əmələ gələn tozu və kir yığımını təmizləyici vasitə ilə yuyun.
  • 2. Wet'N'Black spreyini təkərinizin divarlarına səliqə ilə püskürtün və əmin olun ki, məhsulu səthin hər tərəfinə eyni qaydada tətbiq etmisiniz.
  • 3. Avtomobili istifadə etməzdən əvvəl 5 dəqiqə gözləyin ki məhsul təkərlərə hoparaq qoruyucu təbəqə yaratsın və maksimum parlaqlıq versin.
Wet'N'Black Spray
HS Wet Wax
AZN 23.00
500 ml
Sifariş